Avropada siklonu qızmar istilər əvəz edəcək

Avropada siklonu qızmar istilər əvəz edəcək

DÜNYA
174

Fins.az - Avropada son günlər müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yaxın həftələrdə kəskin şəkildə dəyişəcəyi gözlənilir.

Meteoroloqların proqnozlarına görə, qitənin bir çox ölkəsinə yağış, ildırım və güclü külək gətirən uzunmüddətli siklonun yerini anomal isti hava kütlələri tutacaq.

Xüsusilə Cənubi və Mərkəzi Avropanın bəzi bölgələrində havanın temperaturunun 35 dərəcə Selsidən yuxarı qalxacağı, ayrı-ayrı ərazilərdə isə 40 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır.

Sinoptiklər bu istiləri Şimali Afrikadan Avropaya doğru hərəkət edən isti hava axınları ilə əlaqələndirirlər.

Mütəxəssislər yüksək temperatur fonunda əhalini günün ən isti saatlarında ehtiyatlı olmağa və zəruri təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırırlar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropada siklonu qızmar istilər əvəz edəcək — Fins.az — Fins.az