Avropada səyahətə maraq 2026-cı ildə rekord səviyyəyə çatıb

Avropada səyahətə maraq 2026-cı ildə rekord səviyyəyə çatıb

DÜNYA
313

Fins.az - Avropada səyahətə olan maraq 2026-cı ildə rekord səviyyəyə yüksəlib.

Avropa Səyahət Komissiyasının (European Travel Commission) hazırladığı son hesabatda göstərilir ki, 2026-cı ilin ilk yarısında avropalıların 82 faizi səyahət etməyi planlaşdırır. Bu göstərici indiyədək qeydə alınan ən yüksək səviyyə hesab olunur.

Məlumata görə, artan qiymətlər və Yaxın Şərqdəki gərginliyə baxmayaraq, səyahətə maraq azalmayıb. Bununla belə, turistlərin davranışında dəyişikliklər müşahidə olunur.

Bir çox səyahətçi xərcləri azaltmaq üçün səfərlərin müddətini qısaldır və büdcəni daha diqqətlə planlaşdırır. Statistikaya əsasən, 4–6 günlük qısa səfərlər daha çox üstünlük qazanır, uzunmüddətli istirahətlərin payı isə azalır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropada səyahətə maraq 2026-cı ildə rekord səviyyəyə çatıb — Fins.az — Fins.az