
Avropada qaz anbarlarının doluluq səviyyəsi ötən ildən aşağıdır
Fins.az - Avropadakı yeraltı təbii qaz anbarlarının doluluq səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz bəndi azalıb.
“Gas Infrastructure Europe”un məlumatına görə, hazırda qitədə qaz anbarlarının doluluq səviyyəsi 43,1 faiz təşkil edir. Ötən ilin eyni dövründə bu göstərici 51,4 faiz olub. Bununla yanaşı, elektrik enerjisinə tələbatın artacağı gözləntiləri fonunda Avropada təbii qazın qiyməti təxminən 5 faiz yüksəlib.