Avropada ilk kvant kompüter infrastrukturu Rumıniyada qurulur

Avropada ilk kvant kompüter infrastrukturu Rumıniyada qurulur

DÜNYA
320

Fins.az - Rumıniya gələcəyin texnologiyaları sahəsində mühüm addım ataraq ilk kvant kompüterləri infrastrukturunun qurulmasına başlayıb. Layihə İaşi şəhərində həyata keçirilir və region üçün strateji əhəmiyyət daşıyır.

“FreeYa Mind Campus” çərçivəsində icra olunan təşəbbüs IBM ilə əməkdaşlıq əsasında reallaşdırılır. Bu mərkəz Avropada bu tipli ikinci kvant innovasiya mərkəzi kimi qiymətləndirilir.

Layihə çərçivəsində kvant hesablama, süni intellekt və digər qabaqcıl texnologiyalar üzrə tədqiqatlar aparılacaq. Eyni zamanda tələbələr və mütəxəssislər üçün xüsusi təlim proqramlarının təşkili nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropada ilk kvant kompüter infrastrukturu Rumıniyada qurulur — Fins.az — Fins.az