Avropa Parlamenti Gürcüstanla bağlı yeni hesabat qəbul edib

Avropa Parlamenti Gürcüstanla bağlı yeni hesabat qəbul edib

DÜNYA
278

Fins.az - Avropa Parlamentinin Xarici İşlər Komitəsi Gürcüstanla bağlı yeni illik hesabatı qəbul edib.

Sənəd komitədə keçirilən səsvermə zamanı 53 deputat tərəfindən dəstəklənib, 14 nəfər isə əleyhinə səs verib.

Qeyd olunub ki, bu hesabat Avropa Komissiyası tərəfindən Gürcüstanın Avropa İttifaqına namizəd ölkə kimi təqdim edilən ikinci qiymətləndirmə sənədidir.

İzahda bildirilir ki, Avropa Parlamenti demokratik geriləmə, artan repressiyalar, düşmənçilik ritorikası, dezinformasiya və təhdidlər fonunda demokratik dəyərlər uğrunda mübarizə aparan gürcü xalqı ilə həmrəy olduğunu vurğulayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa Parlamenti Gürcüstanla bağlı yeni hesabat qəbul edib — Fins.az — Fins.az