
Avropa Mərkəzi Bankı üç ildən sonra ilk dəfə faiz dərəcəsini artırıb
Fins.az - Avropa Mərkəzi Bankı 2023-cü ilin sentyabrından sonra ilk dəfə əsas faiz dərəcəsini artırıb.
Məlumata görə, bankın İdarə Şurasının qərarı ilə faiz dərəcəsi 0,25 faiz bəndi artırılaraq 2,25 faizə yüksəldilib.
Qərarın analitiklərin proqnozları ilə üst-üstə düşdüyü bildirilir.
Faiz artımı Körfəz regionundakı münaqişə fonunda neft qiymətlərinin yüksəlməsi nəticəsində Avrozonada inflyasiya təzyiqlərinin artması ilə əlaqələndirilir.