Avropa İttifaqında 2024-cü ildə doğulan uşaqların sayı 3,3% azalıb

Avropa İttifaqında 2024-cü ildə doğulan uşaqların sayı 3,3% azalıb

DÜNYA
347

Fins.az - Avropa İttifaqı ölkələrində 2024-cü ildə 3,55 milyon uşaq dünyaya gəlib. Bu göstərici 2023-cü illə müqayisədə 3,3% azdır. Həmin il Aİ-də 3,67 milyon uşaq doğulmuşdu.

2024-cü ildə doğum səviyyəsi 1961-ci ildən bəri aparılan statistik müşahidələr dövründə ən aşağı göstərici olub. Ən yüksək doğum göstəricisi isə 1964-cü ildə qeydə alınıb – həmin il 6,8 milyon uşaq dünyaya gəlib.

Bir qadına düşən orta uşaq sayı (ümumi doğum əmsalı) 2024-cü ildə 1,34-ə enib. Bu göstərici 2023-cü ildə 1,38 idi.

Ölkələr üzrə fərq böyükdür: ən aşağı göstərici Maltada (1,01) və İspaniyada (1,1), ən yüksək isə Fransada (1,61) və Bolqarıstanda (1,72) qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa İttifaqında 2024-cü ildə doğulan uşaqların sayı 3,3% azalıb — Fins.az — Fins.az