
Avropa çempionatı: Jalə Əliyeva bürünc medal qazanıb
Fins.az - Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
57 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə belaruslu Arina Demçankanı “tuş”la məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. İndiyədək yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal qazanıblar. Nihad Məmmədli (60 kq), Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala sahib olublar.
Qadın güləşində bundan əvvəl Günay Qurbanova (59 kq) da üçüncü yeri tutmuşdu.