Avropa çempionatı: Azərbaycan güləşçilərindən medal və final sevinci

Avropa çempionatı: Azərbaycan güləşçilərindən medal və final sevinci

DÜNYA
329

Fins.az - Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında Azərbaycan güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər.

55 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşad Məmmədov bürünc medal qazanıb. O, həlledici görüşdə Türkiyə təmsilçisi Ömər Halis Rəcəbi məğlub edərək üçüncü pilləyə yüksəlib.

82 kiloqram çəki dərəcəsində çıxış edən Qurban Qurbanov isə yarımfinalda Gürcüstan idmançısı Gela Bolkvadzeyə qalib gələrək finala yüksəlib və qızıl medal uğrunda mübarizə aparacaq.

Bundan əvvəl 67 kiloqramda Həsrət Cəfərov da finala vəsiqə qazanmışdı.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında ümumilikdə 25 güləşçi ilə təmsil olunur və yarış aprelin 26-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa çempionatı: Azərbaycan güləşçilərindən medal və final sevinci — Fins.az — Fins.az