
“Audi”nin mənfəəti gözlənilmədən artıb
Fins.az - Ötən il “Audi” avtomobil istehsalçısının vergi sonrası mənfəəti 4,6 milyard avro olub ki, bu da əvvəlki illə müqayisədə 10% artım deməkdir. Lakin əməliyyat mənfəətində 14% azalma müşahidə olunub. Şirkət ABŞ tarifləri, karbon qazı tənzimləmələri və Çində elektromobillər üzrə rəqabət səbəbindən çətinliklərlə üzləşib. “Audi” 2027-ci ilədək 6 min iş yerini ixtisar etməyi planlaşdırır və bu prosesin böyük hissəsi artıq icra olunub. Şirkət cari ildə əməliyyat mənfəətini artırmaq və gəlirləri sabit saxlamaq hədəfini qoyub.