AŞPA-da Gürcüstanla bağlı müzakirələr keçiriləcək

AŞPA-da Gürcüstanla bağlı müzakirələr keçiriləcək

DÜNYA
158

Fins.az - Avropa Şurası Parlament Assambleyasında (AŞPA) bu gün Gürcüstanla bağlı müzakirələr keçiriləcək.

Qurumun rəsmi gündəliyinə daxil edilmiş “Gürcüstanda demokratik institutların fəaliyyəti” adlı hesabat məruzəçilər Edit Estrella və Sabina Çudiç tərəfindən təqdim olunacaq.

Məlumata görə, gün ərzində səsverməyə çıxarılması nəzərdə tutulan qətnamə layihəsində Gürcüstandakı demokratik institutların fəaliyyəti ilə bağlı tənqidi məqamlar yer alıb.

Müzakirələrin nəticələri və səsvermənin yekunları daha sonra açıqlanacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AŞPA-da Gürcüstanla bağlı müzakirələr keçiriləcək — Fins.az — Fins.az