Arina Sobolenko Mayamidə WTA 1000 turnirini yenidən qazandı

Arina Sobolenko Mayamidə WTA 1000 turnirini yenidən qazandı

DÜNYA
417

Fins.az - Belaruslu tennisçi Arina Sobolenko Mayamidə keçirilən WTA 1000 turnirinin qalibi olub. O, finalda amerikalı Kori Qauffu 6:2, 4:6, 6:3 hesabı ilə məğlub edib.

Dünya reytinqində birinci pillədə qərarlaşan Sobolenko bu turniri ardıcıl ikinci dəfə qazanıb. Qauff isə WTA reytinqində dördüncü sıradadır.

Qeyd edək ki, Mayami turnirində ən çox titul qazanan tennisçi amerikalı Serena Uilyamsdır – onun aktivində 8 çempionluq var. Bu yarışlarda rusiyalı Svetlana Kuznetsova da qalib olub; o, 2006-cı ildə finalda Mariya Şarapovanı məğlub etmişdi.

WTA 1000 kateqoriyalı turnirlər qadın tennisində Böyük Dəbilqə yarışlarından sonra ən nüfuzlu turnirlər hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Arina Sobolenko Mayamidə WTA 1000 turnirini yenidən qazandı — Fins.az — Fins.az