
Araşdırma: İqlim dəyişikliyi qəhvə istehsalını təhlükə altına qoyur
Fins.az - Yeni araşdırmaya görə, iqlim dəyişikliyi qəhvə istehsalının gələcəyini ciddi risk altına salır.
Əddis-Əbəbə Universitetinin botanika-genetika üzrə mütəxəssisi Kassahun Tesfaye bildirib ki, temperaturun yüksəlməsi və iqlim şəraitinin dəyişməsi qəhvə bitkisinin becərilməsinə mənfi təsir göstərir.
Onun sözlərinə görə, mövcud tendensiya davam edərsə, qəhvə istehsalı üçün əlverişli ərazilərin sahəsi əhəmiyyətli dərəcədə azala bilər.
Mütəxəssislər hesab edirlər ki, qəhvə istehsalının davamlılığını qorumaq üçün iqlimə davamlı yeni sortların hazırlanması və uyğunlaşma tədbirlərinin görülməsi vacibdir.