Apple süni intellektlə təkmilləşdirilmiş Siri-ni təqdim edib

Apple süni intellektlə təkmilləşdirilmiş Siri-ni təqdim edib

DÜNYA
157

Fins.az - Apple şirkəti illik tərtibatçılar konfransında süni intellekt imkanları ilə gücləndirilmiş Siri səsli köməkçisini təqdim edib.

Məlumata görə, yeni sistem istifadəçi məlumatlarından yararlanaraq daha mürəkkəb suallara cavab verə və müxtəlif tapşırıqları yerinə yetirə bilir.

Təqdimat zamanı Siri-nin konsert biletləri alması, tədbirlər planlaşdırması, şəkillərdəki obyektləri tanıması və onlarla əlaqəli əməliyyatlar aparması nümayiş etdirilib.

Şirkət bildirir ki, yenilənmiş köməkçi istifadəçilərlə daha təbii ünsiyyət qurmaq və gündəlik tapşırıqları daha səmərəli şəkildə yerinə yetirmək üçün hazırlanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Apple süni intellektlə təkmilləşdirilmiş Siri-ni təqdim edib — Fins.az — Fins.az