Antoniu Koşta Körfəz ölkələrinə səfər edəcək

Antoniu Koşta Körfəz ölkələrinə səfər edəcək

DÜNYA
386

Fins.az - Avropa İttifaqı Şurasının sədri Antonio Costa aprelin 14-15-də Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərə səfər edəcək.

Səfər çərçivəsində o, region ölkələrinin rəhbərləri ilə görüşlər keçirərək Yaxın Şərqdəki son hadisələri, xüsusilə İran və ətraf bölgədəki vəziyyəti müzakirə edəcək. Görüşlərdə həmçinin regional və qlobal təhlükəsizliyin təmin olunması yolları barədə fikir mübadiləsi aparılacaq.

Antoniu Koşta bildirib ki, əsas məqsəd Körfəz ölkələri ilə əməkdaşlığı gücləndirmək, regional sabitliyi təmin etmək və vətəndaşların təhlükəsizliyini qorumaqdır. Onun sözlərinə görə, davamlı sülh yalnız danışıqlar və diplomatiya yolu ilə, xüsusilə region ölkələrinin rəhbərliyi ilə əldə oluna bilər.

Səfər zamanı Aİ-nin Körfəz ölkələri ilə həmrəyliyi bir daha vurğulanacaq və gərginliyin azaldılması istiqamətində diplomatik səylərə dəstək ifadə olunacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Antoniu Koşta Körfəz ölkələrinə səfər edəcək — Fins.az — Fins.az