Amerika Ər-Riyad və Moskvanı neft dempinqinin araşdırılacağı ilə hədələdi

Amerika Ər-Riyad və Moskvanı neft dempinqinin araşdırılacağı ilə hədələdi

DÜNYA
1,744

Səudiyyə Ərəbistanı və Rusiya koronavirus epidemiyasından öz məqsədləri üçün istifadə edir və Amerkanın neft istehsalçılarını "hədəfə” alırlar.

Amerika Enerji İstehsalçıları Alyansı, Səudiyyə Ərəbistanının, Rusiyanın və digər ölkələrin neft bazarının ABŞ-ın neft istehsalçılarına vurduğu ziyanı araşdırır.

Fins.az xəbər verir ki, bunu alyansın İcraiyyə Şurasının üzvü və ABŞ prezidentinin enerji məsələləri üzrə keçmiş müşaviri, neft maqnatı Harold Hamm "Fox Business" informasiya agentliyinə açıqlamasında deyib.

H.Hammın sözlərinə görə, neft bazarını su altında qoyan Səudiyyə Ərəbistanı və Rusiya, Amerika istehsalçılarına "hecum” edirlər: “Onlar koronavirus pandemiyasından faydalanaraq sənayeyə diqqət yetirmək və onu dağıtmaq üçün istifadə edirlər”.

O, əlavə edib ki, ittifaq buna imkan verməyəcək və bazardakı vəziyyəti araşdıracaq: “Bu sənayeyə zərər verirmi? Əlbətdə. Hər iki ölkə - Rusiya və Səudiyyə Ərəbistanı bunu başa düşür və buna görə də belə hərəkətlər edirlər. Onları dayandıra bilərikmi? Əlbətdə”, deyə H.Hamm bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Amerika Ər-Riyad və Moskvanı neft dempinqinin araşdırılacağı ilə hədələdi — Fins.az — Fins.az