
Almaniyada xarici investisiyaların azalması davam edir
Fins.az - Almaniyada xarici şirkətlərin investisiya layihələrinin sayı azalma tendensiyasını davam etdirir.
Məlumata görə, ötən il ölkədə xarici investisiya layihələrinin sayı əvvəlki illə müqayisədə 10 faiz azalaraq 548-ə düşüb.
Bu göstəricilər EY tərəfindən hazırlanan araşdırmada qeyd olunub və Tagesschau vasitəsilə yayımlanıb.
Araşdırmaya əsasən, bu, ardıcıl səkkizinci azalma ili olub və 2009-cu il qlobal maliyyə böhranından bəri ən aşağı səviyyə hesab olunur.
Tədqiqat yalnız yeni müəssisələrin yaradılması və yeni iş yerlərinin açılması ilə nəticələnən layihələri əhatə edir. İnvestisiya həcmi ilə bağlı konkret rəqəmlər isə açıqlanmayıb.