Almaniyada tətil səbəbindən yüzlərlə aviareys ləğv edilib

Almaniyada tətil səbəbindən yüzlərlə aviareys ləğv edilib

DÜNYA
278

Fins.az - Almaniyada aviasiya sektorunda baş verən tətil səbəbindən yüzlərlə reys ləğv edilib. “Lufthansa” şirkətində pilotların və uçuş heyətinin etiraz aksiyası dördüncü gündür davam edir və bu, ölkənin əsas hava limanlarının işinə ciddi təsir göstərib.

Məlumata görə, Frankfurt aeroportunda planlaşdırılan 1313 uçuş və enişdən 656-sı ləğv olunub. Ləğv edilən reyslərin böyük hissəsi “Lufthansa” və onun törəmə şirkətləri ilə bağlıdır.

Pilotlar və stüardessalar əmək şəraitinə dair mübahisələr səbəbindən “Lufthansa”, “Lufthansa Cargo” və “Cityline” şirkətlərində əməliyyatları dayandırıblar. Şirkət və həmkarlar ittifaqı arasında aparılan danışıqlar nəticəsiz qalıb.

Bu hadisə “Lufthansa”nın 100 illik yubiley tədbirlərinə də təsir göstərib və geniş miqyaslı uçuş pozuntularına səbəb olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada tətil səbəbindən yüzlərlə aviareys ləğv edilib — Fins.az — Fins.az