
Almaniyada Sol Partiyanın yeni həmsədrləri seçilib
Fins.az - Almaniyada keçirilən Sol Partiyanın qurultayında partiyanın yeni həmsədrləri müəyyənləşdirilib.
Qurultayın nəticələrinə əsasən, İnes Şverdtner və Luici Pantizano partiyanın həmsədrləri seçiliblər.
Potsdam şəhərində keçirilən səsvermədə İnes Şverdtner nümayəndələrin 85,7 faizinin dəstəyini qazanıb.
Luici Pantizano isə səhhətindəki problemlərə görə yenidən namizədliyini irəli sürməyən Yan van Akenin yerinə 53,3 faiz səslə seçilib.