Almaniyada rəqəmsal peyvənd sertifikatlarının verilməsinə başlandı

Almaniyada rəqəmsal peyvənd sertifikatlarının verilməsinə başlandı

DÜNYA
611

Almaniyada rəqəmsal peyvənd sertifikatları verilməyə başlanıb.

Bununla bağlı Almaniya Səhiyyə Nazirliyinin başçısı Yens Şpana istinadən xəbər yayır.

“CovPass” adlı smartfon tətbiqi rəqəmsal sübut olacaq. Eyni zamanda, vətəndaşlar artıq mövcud olan CWA tətbiqetməsindən də istifadə edə biləcəklər. Sübut kimi tətbiq yolu ilə insanlar özləri ilə peyvənd təsdiqləmə sertifikatı gəzdirə bilərlər.

Almaniya peyvənd sertifikatlarını planlandığından (14 iyun) daha erkən verməyə başlayıb. Peyvənd olunmuş vətəndaşlar tətbiqetmədən restoranlarda, mədəni və digər tədbirlərdə istifadə edə biləcəklər.

Qeyd edək ki, Avropa İttifaqında (Aİ) koronavirus rəqəmsal sertifikatının tətbiq olunması Avropa parlamentində səs çoxluğu ilə qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada rəqəmsal peyvənd sertifikatlarının verilməsinə başlandı — Fins.az — Fins.az