
Almaniyada miqrasiya balansı təxminən iki dəfə azalıb
Fins.az -Almaniyada miqrasiya balansı 2025-ci ildə əvvəlki illə müqayisədə 45 faiz azalaraq 235 min nəfər olub.
Məlumata görə, ötən il ölkəyə 1 milyon 480 min nəfər gəlib, 1 milyon 250 min nəfər isə Almaniyanı tərk edib.
2024-cü ildə ölkəyə gələnlərin sayı 1 milyon 690 min nəfər, ölkədən gedənlərin sayı isə 1 milyon 260 min nəfər təşkil etmişdi.
Beləliklə, bir il ərzində Almaniyaya gələnlərin sayı 13 faiz azalıb. Ölkəni tərk edənlərin sayı isə təxminən 2 faiz aşağı düşüb.