Almaniyada meşə yanğınları riski ilə bağlı yüksək təhlükə elan edilib

Almaniyada meşə yanğınları riski ilə bağlı yüksək təhlükə elan edilib

DÜNYA
193

Fins.az - Almaniyada davam edən isti və quraq hava şəraiti səbəbindən meşə yanğınları riski əhəmiyyətli dərəcədə artıb.

Almaniya Meteorologiya Xidməti (DWD) ölkənin bir sıra bölgələri üçün yüksək təhlükə səviyyəsi elan edib. Xəbərdarlıq əsasən BrandenburqBaden-Vürtemberq əyalətlərini əhatə etsə də, Bavariya, Meklenburq–Ön Pomeraniya, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya və Saksoniya-Anhalt əyalətlərində də riskin yüksək olduğu bildirilib.

DWD vətəndaşlara meşələrdə siqaret çəkməməyə, siqaret kötüklərini yerə atmamağa, manqal yandırmamağa və avtomobilləri quru ot örtüyü üzərində saxlamamağa çağırıb. Məqsəd mümkün meşə yanğınlarının qarşısını almaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada meşə yanğınları riski ilə bağlı yüksək təhlükə elan edilib — Fins.az — Fins.az