Almaniyada inflyasiya tarixi rekord həddə çatıb

Almaniyada inflyasiya tarixi rekord həddə çatıb

DÜNYA
449

30 mart. Fins.az – Ölkənin Federal Statistika İdarəsinin (Destatis) press-relizinə əsasən, Almaniyada mart ayında illik inflyasiya, ilkin hesablamalara görə, bir ay əvvəlki 5,1 faizdən 7,3 faizə qədər artıb.

Göstərici Destatis müşahidələrinin bütün tarixi üçün rekorda çevrildi. Almaniyada illik inflyasiyanın ən yüksək səviyyəsi əvvəllər 1992-ci ilin mart-may aylarında müşahidə edilmişdi. O zaman bu rəqəm 6,2 faiz təşkil edirdi.

Mart ayında Almaniyada istehlak qiymətləri 2,5 faiz artıb.

“DailyFX” portalının sorğusunda iştirak edən analitiklər illik inflyasiyanı 6,3 faiz, aylıq - 1,6 faiz gözləyirdilər.

Eyni zamanda, Aİ standartlarına uyğun olaraq ölkədə istehlak qiymətləri (uyğunlaşdırılmış istehlak qiymətləri indeksi) ilkin hesablamalara görə, bir ay əvvəlki 5,5 faizdən il ərzində 7,6 faizə qədər artıb, martda isə 0,9 faizdən 2,5 faizə yüksəlib. Analitiklər müvafiq olaraq 6,7 faiz və 1,8 faiz rəqəmlərini gözləyirdilər.

Onu da diqqətinizə çatdıraq ki, “Destatis” inflyasiya məlumatlarını hər ay sonrakı düzəlişlərlə dərc edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada inflyasiya tarixi rekord həddə çatıb — Fins.az — Fins.az