
Almaniyada 1 May aksiyalarında yüz minlərlə insan iştirak edib
Fins.az - Almaniyada 1 May – Beynəlxalq Əmək Günü ilə bağlı keçirilən tədbirlərdə 360 mindən çox insan iştirak edib.
Almaniya Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil edilən aksiyalar “Əvvəlcə işimiz, sonra qazancınız” şüarı altında 413 müxtəlif mitinq, yürüş və nümayişi əhatə edib.
Tədbirlər zamanı iştirakçılar sosial hüquqların qorunması, iş yerlərinin ixtisarına qarşı mübarizə, pensiya və səhiyyə sistemində mümkün azaldılmalara etiraz ediblər.
Eyni zamanda, mitinqlərdə silahlanmaya qarşı mövqe və münaqişələrin qarşısının alınması çağırışları da səsləndirilib.