Alimlər xəbərdarlıq edir: süni intellekt düşünmə qabiliyyətini zəiflədə bilər

Alimlər xəbərdarlıq edir: süni intellekt düşünmə qabiliyyətini zəiflədə bilər

DÜNYA
320

Fins.az - Süni intellektdən geniş istifadə insanın düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər.

Bunu Oksford Universiteti, Massaçusets Texnologiya İnstitutu, Kaliforniya Universitetinin Los-Anceles filialı və Karnegi Mellon Universitetinin alimlərinin apardığı araşdırma ortaya qoyub.

Tədqiqat müəlliflərinin sözlərinə görə, tapşırıqların yerinə yetirilməsində süni intellektə həddindən artıq güvənmək koqnitiv zəifləməyə səbəb olur. İnsanlar problemləri müstəqil həll etmək əvəzinə texnologiyaya arxalandıqca, düşünmək üçün göstərilən səy azalır və daha tez təslim olma meyli yaranır.

Alimlər qeyd edirlər ki, bu təsirlər qısa müddətdə hiss olunmasa da, uzunmüddətli perspektivdə beyin funksiyalarının zəifləməsinə gətirib çıxara bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Alimlər xəbərdarlıq edir: süni intellekt düşünmə qabiliyyətini zəiflədə bilər — Fins.az — Fins.az