Alimlər köçəri quşların qeyri-adi marşrutunun sirrini müəyyən ediblər

Alimlər köçəri quşların qeyri-adi marşrutunun sirrini müəyyən ediblər

DÜNYA
224

Fins.az - İsveçdəki Lund Universitetinin alimləri bəzi köçəri quşların Afrikadakı qışlama ərazilərinə çatmaq üçün niyə minlərlə kilometr əlavə məsafə qət etdiyini müəyyən ediblər.

Tədqiqat çərçivəsində İngiltərədən Rusiyanın Tomsk şəhərinədək uzanan ərazidə yaşayan səkkiz qara-ağ milçəkqapan populyasiyası araşdırılıb.

Alimlər bildiriblər ki, çəkisi cəmi 16 qram olan bu quşlara GPS cihazı quraşdırmaq mümkün olmadığından, onlar miniatür işıq sensorlarından istifadə ediblər.

Həmin sensorlar vasitəsilə tədqiqatçılar quşların miqrasiya marşrutlarını yenidən quraraq onların uzun və qeyri-adi uçuş yollarının səbəblərini araşdıra biliblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Alimlər köçəri quşların qeyri-adi marşrutunun sirrini müəyyən ediblər — Fins.az — Fins.az