
AirAsia Airbus-dan 19 milyard dollarlıq 150 təyyarə sifariş edib
Fins.az - AirAsia Avropanın aerokosmik konserni Airbus ilə 150 ədəd Airbus A220-300 təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.
Müqavilənin ümumi kataloq dəyərinin təxminən 19 milyard dollar olduğu bildirilir. Airbus bu sifarişin A220-300 modeli üzrə tarixdə ən böyük sifariş olduğunu açıqlayıb.
Təyyarələr 160 sərnişin daşımaq və 6,7 min kilometrədək məsafəyə uçuş həyata keçirmək imkanına malikdir.
Saziş Mirabel şəhərində yerləşən Airbus müəssisəsində, Mark Carneynin iştirakı ilə imzalanıb.
Məlumata görə, 2026-cı ilin əvvəlindən Airbus-un bazar dəyəri 8,2% azalaraq 144,4 milyard avroya düşüb.