Aİ xarici işlər nazirləri Gürcüstandakı vəziyyəti müzakirə edəcək

Aİ xarici işlər nazirləri Gürcüstandakı vəziyyəti müzakirə edəcək

DÜNYA
306

Fins.az - Avropa İttifaqının xarici işlər nazirləri aprelin 21-də keçiriləcək iclasda Gürcüstandakı mövcud vəziyyəti müzakirə edəcəklər.

Görüşün gündəliyinə əsasən, nazirlər İrəvanda keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyi sammiti ərəfəsində Cənubi Qafqaz regionundakı proseslər ətrafında fikir mübadiləsi aparacaqlar.

Müzakirələr zamanı Ermənistan-Azərbaycan münasibətləri və Gürcüstandakı vəziyyət əsas diqqət mərkəzində olacaq.

Bundan əlavə, iclasda Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və Sudandakı hadisələr də gündəmdə yer alacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aİ xarici işlər nazirləri Gürcüstandakı vəziyyəti müzakirə edəcək — Fins.az — Fins.az