
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
Fins.az - Avropa İttifaqı gələn həftə Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk mərhələsinə start verəcək.
Məlumata görə, Aİ üzv dövlətləri Macarıstanın vetosunun aradan qaldırılmasından sonra danışıqların ilkin mərhələsi üzrə ümumi mövqedə razılığa gəliblər və bu, prosesin başlanması üçün zəruri hazırlıqların tamamlanmasına imkan yaradıb.
Qeyd olunur ki, bu addım Aİ-nin genişlənmə siyasəti çərçivəsində mühüm mərhələ hesab olunur və Ukrayna ilə Moldovanın Avropa inteqrasiyası istiqamətində irəliləyişini sürətləndirə bilər.