
Aİ-nin Qazaxıstan iqtisadiyyatına investisiyası 200 milyard dolları keçib
Fins.az - Avropa İttifaqının Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 200 milyard ABŞ dollarını ötüb.
Məlumata görə, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Baş nazir Oljas Bektenov bu göstəricini “Qazaxıstan–Aİ” Dialoq Platformasının 19-cu iclasında təqdim edib.
Bildirilib ki, hazırda Qazaxıstanın xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu Avropa İttifaqının payına düşür.