
Aİ heyvandarlıq sektorunun inkişafı üçün yeni strategiya təqdim edib
Fins.az - Avropa İttifaqı heyvandarlıq sektorunun dayanıqlığını artırmaq məqsədilə ilk genişmiqyaslı inkişaf strategiyasını təqdim edib.
Yeni “Heyvandarlıq Strategiyası” və “Protein üzrə Fəaliyyət Planı” iqlim dəyişikliyi, heyvan xəstəlikləri və artan istehsal xərcləri kimi çağırışlara qarşı sektorun davamlılığını gücləndirməyi hədəfləyir. Sənədlər uzunmüddətli perspektivdə heyvandarlığın rəqabətqabiliyyətinin artırılması, dayanıqlı istehsalın təşviqi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini nəzərdə tutur.