Aİ-dən çip istehsalı razılaşması

Aİ-dən çip istehsalı razılaşması

DÜNYA
657

Avropa İttifaqı (Aİ) qurumları üzv ölkələrdə çip istehsalını artırmaq üçün 43 milyard avronu əhatə edən plan üzərində razılaşıblar.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Aİ-nin çip istehsalındakı payının 2030-cu ilə qədər 20 %-ə çatması hədəflənir. 

Hazırda çip istehsalında Aİ-nın payı 9 % civarındadır.

Çip istehsalında ABŞ-ın "Intel", Cənubi Koreyanın "Samsung" və Tayvanın "TSMC" şirkətləri birinci yerdədir.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aİ-dən çip istehsalı razılaşması — Fins.az — Fins.az