
Aİ ABŞ-ın avtomobil tarifləri planını “qəbuledilməz” adlandırıb
Fins.az - Avropa İttifaqı nümayəndələri ABŞ-ın avtomobil idxalına tətbiq etməyi planlaşdırdığı yeni tarifləri sərt şəkildə tənqid ediblər.
Donald Tramp tərəfindən açıqlanan plana əsasən, Avropa İttifaqından idxal olunan minik və yük avtomobillərinə 25 faizlik gömrük rüsumu tətbiq edilə bilər.
Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lange bildirib ki, bu addım “qəbuledilməzdir” və Aİ öz öhdəliklərini yerinə yetirdiyi halda ABŞ tərəfinin ticarət qaydalarını pozduğunu iddia edib.
Məsələ iki tərəf arasında ticarət gərginliyinin artmasına səbəb ola biləcək yeni mərhələ kimi qiymətləndirilir.