Afrika şəhərlərində urbanizasiya kəndlərdən miqrasiyanı sürətləndirir - Qabonlu tədqiqatçı

Afrika şəhərlərində urbanizasiya kəndlərdən miqrasiyanı sürətləndirir - Qabonlu tədqiqatçı

DÜNYA
349

Qlobal Cənub ölkələrində urbanizasiya prosesləri hələ də müstəmləkə irsinin təsiri altında formalaşır və bu şəraitdə gənclərin şəhərsalma siyasətində daha fəal iştirakı vacibdir.

Fins.az xəbər verir ki, bunu qabonlu siyasi elmlər və beynəlxalq münasibətlər üzrə tədqiqatçı Anjelika Dezider Mpiqa İvala Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində təşkil olunan “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada oynadığı rol” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Afrika və digər Qlobal Cənub ölkələrində şəhərlərin sürətli böyüməsi kəndlərdən miqrasiya, iqtisadi imkanların mərkəzləşməsi və regionlarda inkişaf imkanlarının məhdudluğu ilə bağlıdır.

Tədqiqatçı bildirib ki, keçmiş müstəmləkə ölkələrində bir çox şəhərlər əsasən elitaların maraqları əsasında formalaşdırılıb və həssas sosial qruplar urban inkişaf prosesindən kənarda qalıb.

Qeyd edək ki, Bakıda keçirilən WUF13 forumunda urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, sosial bərabərlik və dayanıqlı idarəetmə məsələləri geniş müzakirə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Afrika şəhərlərində urbanizasiya kəndlərdən miqrasiyanı sürətləndirir - Qabonlu tədqiqatçı — Fins.az — Fins.az