ABŞ millisi dünya çempionatında Latviya yığmasına uduzub

ABŞ millisi dünya çempionatında Latviya yığmasına uduzub

DÜNYA
567

Fins.az - Latviya buzüstü xokkey yığması İsveçrədə keçirilən buzüstü xokkey üzrə dünya çempionatında ABŞ buzüstü xokkey millisini 4:2 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra Latviya yığması A qrupunda 6 xalla dördüncü pilləyə yüksəlib. ABŞ millisi isə 5 xalla beşinci sırada qərarlaşıb.

ABŞ komandası dünya çempionatının son qalibi olsa da, İsveçrədə təşkil olunan turnirdə artıq üçüncü məğlubiyyətini alıb.

Bundan əvvəl A qrupundan pley-off mərhələsinə yüksəlməyi İsveçrə buzüstü xokkey yığması və Finlandiya buzüstü xokkey yığması təmin edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ millisi dünya çempionatında Latviya yığmasına uduzub — Fins.az — Fins.az