
ABŞ millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
Fins.az - 2026-cı il futbol üzrə dünya çempionatının ilk turunda ABŞ millisi Paraqvay yığmasını 4:1 hesabı ilə məğlub edib.
ABŞ-nin İnqlvud şəhərində keçirilən görüşdə hesab 7-ci dəqiqədə açılıb. Paraqvaylı futbolçu Damyan Bobadilla topu öz qapısından keçirərək avtoqol müəllifi olub.
ABŞ millisinin heyətində Folarin Baloqun dubl edib. O, 31-ci və 45+5-ci dəqiqələrdə fərqlənib.
Komandanın dördüncü qolunu isə Covanni Reyna əlavə olunmuş vaxtın 90+8-ci dəqiqəsində vurub.
Bu nəticə ilə ABŞ yığması dünya çempionatına inamlı qələbə ilə start verib.