
ABŞ Mərkəzi Komandanlığı İrana növbəti zərbə endirib
Fins.az - ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri bu həftə üçüncü dəfə İrana zərbə endirib.
Komandanlığın açıqlamasına görə, əməliyyat İranın Hörmüz boğazından keçən Kipr bayrağı altında üzən “M/V GFS Galaxy” konteyner gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb. ABŞ tərəfi əməliyyatın məqsədi və nəticələri barədə hələlik geniş məlumat verməyib.