ABŞ və Macarıstan enerji sahəsində əməkdaşlığı gücləndirir

ABŞ və Macarıstan enerji sahəsində əməkdaşlığı gücləndirir

DÜNYA
229

Fins.az - ABŞ və Macarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir. Razılaşmaya əsasən, Macarıstan ABŞ-dan neft idxalını artırır və nüvə enerjisi istiqamətində birgə layihələr həyata keçirməyi planlaşdırır.

Məlumata görə, Macarıstanın MOL şirkəti ABŞ şirkətlərindən 510 min ton xam neft alıb. Bu tədarükün ümumi dəyəri təxminən 500 milyon dollar təşkil edir.

Tərəflər, həmçinin kiçik modul reaktorlar sahəsində əməkdaşlıq barədə razılığa gəliblər. Layihəyə əsasən, Macarıstanda 10-a qədər belə reaktorun inşası planlaşdırılır və onların ümumi dəyəri 20 milyard dollara çata bilər.

Bundan əlavə, ABŞ-ın Westinghouse şirkətindən “Paks-1” atom elektrik stansiyası üçün bütün istismar dövrü ərzində nüvə yanacağının alınmasına dair memorandum imzalanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ və Macarıstan enerji sahəsində əməkdaşlığı gücləndirir — Fins.az — Fins.az