ABŞ-də kimya zavodunda qaz sızması iki nəfərin ölümünə səbəb olub

ABŞ-də kimya zavodunda qaz sızması iki nəfərin ölümünə səbəb olub

DÜNYA
281

Fins.az - ABŞ-nin Qərbi Virciniya ştatında kimya zavodunda baş verən qaz sızması nəticəsində iki nəfər həyatını itirib.

Hadisə “Catalyst Refiners” zavodunda qismən bağlanmaya hazırlıq işləri zamanı qeydə alınıb. Məlumata görə, zavod ərazisində saxlanılan qablarda azot turşusu ilə kimyəvi reaksiya baş verib və nəticədə zəhərli hidrogen sulfid qazı yaranıb.

Qəza nəticəsində 30-dan çox insan zəhərlənib. Zərərçəkənlər öskürək, nəfəs darlığı, boğaz ağrısı və göz qıcıqlanması kimi simptomlarla xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-də kimya zavodunda qaz sızması iki nəfərin ölümünə səbəb olub — Fins.az — Fins.az