
ABŞ İran limanlarına gedən 100 ticarət gəmisinin istiqamətini dəyişib
Fins.az - ABŞ hərbi komandanlığı Prezident Donald Trampın Hörmüz boğazından İran limanlarına gedən və əks istiqamətdə hərəkət edən gəmilərə tətbiq etdiyi blokada çərçivəsində indiyədək 100 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığının “X” platformasında yaydığı məlumata görə, son altı həftə ərzində 15 mindən çox əsgər, dənizçi, dəniz piyadası və hava qüvvələri əməkdaşı əməliyyatlarda iştirak edib.
Bildirilib ki, əməliyyat zamanı dörd gəmi saxlanılıb, həmçinin 26 humanitar yardım gəmisinin keçidinə icazə verilib.