
ABŞ-də Günəş enerjisi ilk dəfə kömürdən daha çox elektrik enerjisi istehsal edib
Fins.az - May ayında ABŞ-də elektrik enerjisi istehsalında Günəş enerjisinin payı ilk dəfə olaraq kömürün payını üstələyib.
Məlumata görə, “Ember” təşkilatının hesabatında ötən ay ölkənin elektrik enerjisinə olan tələbatının 12,8 faizinin Günəş enerjisi hesabına qarşılandığı bildirilib.
Eyni dövrdə kömürün elektrik enerjisi istehsalındakı payı 12,2 faiz təşkil edib.
Beləliklə, bərpaolunan enerji mənbələrindən biri olan Günəş enerjisi ilk dəfə olaraq qazıntı yanacağı hesab edilən kömürü geridə qoyub.