ABŞ daha bir Rusiya şirkətinə sanksiya tətbiq etdi

ABŞ daha bir Rusiya şirkətinə sanksiya tətbiq etdi

DÜNYA
807

Vaşinqton “Rosneft”in İsveçrə filialı olan “TNK Trading International S.A.” (TTI) şirkətinə qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi xəbər yayıb.

Məlumata əsasən, məhdudiyyətlər şirkətin Venesuela iqtisadiyyatının neft sektorunda işləməsi ilə bağlıdır.

“2020-ci ilin fevralın 18-də “Rosneft Trading С.А.” (RTSA) şirkətinə qarşı sanksiya tətbiq edildikdən sonra RTSA-ya nəql edilən Venesuela nefti, sanksiyalardan yayınmaq üçün TTI şirkətinə həvalə edilib”, - deyə nazirlikdən bildiriblər.

Qeyd etmək lazımdır ki, şirkətə mayın 20-dək vaxt verilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ daha bir Rusiya şirkətinə sanksiya tətbiq etdi — Fins.az — Fins.az