ABŞ-da Warner Bros. Discovery səhmdarları üçün strateji qərar açıqladı

ABŞ-da Warner Bros. Discovery səhmdarları üçün strateji qərar açıqladı

DÜNYA
269

Finss.az xəbər verir ki, ABŞ-da yerləşən Warner Bros. Discovery (WBD) şirkətinin direktorlar şurası səhmdarlara Paramount Skydance media şirkətindən 108 milyard dollardan çox məbləğdə satınalma təklifini rədd etməyi yekdilliklə tövsiyə edib.

Mətbuat açıqlamasında bildirilir ki, 8 dekabrda Paramount Skydance tərəfindən təqdim olunan səhmlərin alınması təklifi WBD və onun səhmdarlarının maraqlarına uyğun gəlmir. Eyni zamanda, 5 dekabrda elan edilən WBD və Netflix birləşmə müqaviləsinin şərtlərinə əsasən bu təklif “üstün təklif” kriteriyalarına cavab vermir.

Beləliklə, Warner Bros. Discovery Netflix ilə birləşmə prosesini prioritet olaraq saxlayır, Paramount Skydance təklifini qəbul etməməyi səhmdarlara tövsiyə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-da Warner Bros. Discovery səhmdarları üçün strateji qərar açıqladı — Fins.az — Fins.az