
ABŞ Çernobıl AES-in qoruyucu örtüyünün bərpasına 100 milyon dollar ayıracaq
Fins.az - ABŞ Çernobıl Atom Elektrik Stansiyasının qoruyucu örtüyünün (konfinmentin) təmiri üçün 100 milyon dollar maliyyə ayıracaq.
Ukraynanın birinci baş nazir müavini və energetika naziri bildirib ki, beynəlxalq tərəfdaşlarla keçirilən konfransda obyektin bərpası üçün ümumi maliyyə ehtiyacı müzakirə olunub. Hazırda bu məbləğin təxminən 500 milyon avro olduğu qeyd edilir.
O, ABŞ Dövlət Departamentinə və enerji nazirliyinə, eləcə də Kiyevdə işləyən Amerika nümayəndə heyətinə Avropada radiasiya təhlükəsizliyinin gücləndirilməsinə verdikləri töhfəyə görə təşəkkür edib.
Məlumata görə, 2025-ci ilin fevralında baş verən insident zamanı Çernobıl AES-in qoruyucu örtüyü zədələnmiş və konstruksiyanın hermetikliyi pozulmuşdu. Bu isə obyektin normal qoruyucu funksiyalarını zəiflədib.