ABŞ Afrikada viza xidmətləri göstərən diplomatik nümayəndəliklərin sayını azalda bilər

ABŞ Afrikada viza xidmətləri göstərən diplomatik nümayəndəliklərin sayını azalda bilər

DÜNYA
101

Fins.az - ABŞ-nin Afrikada viza müraciətlərini qəbul edən diplomatik nümayəndəliklərinin sayını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığı bildirilir.

Məlumata görə, hazırda viza müraciətlərini qəbul edən 50 səfirlik və konsulluğun sayının 20-yə endirilməsi nəzərdə tutulur.

Bildirilir ki, dəyişikliklərin yaxın həftələrdə qüvvəyə minməsi gözlənilir.

Bununla belə, diplomatik nümayəndəliklər fəaliyyətini davam etdirəcək. Onlar ABŞ vətəndaşlarına konsulluq xidmətləri göstərəcək, həmçinin xüsusi hallarda viza müraciətlərinə baxacaqlar.

Qeyd olunur ki, planlaşdırılan dəyişikliklər viza xidmətlərinin daha məhdud sayda diplomatik nümayəndəlikdə cəmləşdirilməsini nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ Afrikada viza xidmətləri göstərən diplomatik nümayəndəliklərin sayını azalda bilər — Fins.az — Fins.az