
ABŞ-da 3 milyondan çox insan ərzaq yardımını itirib
Fins.az - ABŞ-da sosial yardım proqramlarında edilən dəyişikliklər nəticəsində 3 milyondan çox aztəminatlı insan ərzaq dəstəyindən məhrum olub.
SNAP üzrə yeni qaydaların tətbiqi bir sıra ştatlarda iştirakçı sayının ciddi azalmasına səbəb olub. Federal məlumatlara görə, proqramda iştirak edənlərin sayı təxminən 3,5 milyon nəfər azalıb.
Yeni tələblərə əsasən, 18–64 yaş arası, sağlam və azyaşlı uşağı olmayan şəxslər ayda ən azı 80 saat işləməli və ya iş təlim proqramlarında iştirak etməlidirlər.
Qaydalar daha əvvəlki sistemlə müqayisədə daha sərt hesab olunur və sosial dəstəkdən yararlanan əhali qrupunu əhəmiyyətli dərəcədə daraldıb.