ABB Türkiyədə 1 811,7 km-lik TANAP xəttinə xidmət göstərəcək

ABB Türkiyədə 1 811,7 km-lik TANAP xəttinə xidmət göstərəcək

DÜNYA
326

Fins.az - “TANAP Natural Gas Transmission Co.” (TANAP) şirkətinin ABB ilə Xəzər regionunu Türkiyə üzərindən Avropa ilə birləşdirən iri enerji infrastrukturunun əsas hissələrindən biri olan Trans-Anadolu qaz boru kəmərinin texniki xidmətinə dair “ABB Care” adlı beşillik servis sazişi imzalayıb.

Məlumata görə, uzunluğu 1 811,7 kilometr olan boru kəməri üzrə idarəetmə sistemlərinin təhlükəsiz fəaliyyəti təmin olunacaq. 2025-ci ilin sentyabrında qüvvəyə minən saziş 2030-cu ilin sentyabr ayınadək davam edəcək.

Qeyd olunur ki, TANAP-ın ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetrdir və 2025-ci ildə Türkiyəyə 5,6 milyard kubmetr qaz ixrac edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABB Türkiyədə 1 811,7 km-lik TANAP xəttinə xidmət göstərəcək — Fins.az — Fins.az