
2026-cı ilin ilk rübündə Çindən Rusiyaya turist axını 44 faiz artıb
Fins.az - 2026-cı ilin yanvar-mart aylarında Rusiyaya turizm məqsədilə 293 mindən çox xarici vətəndaş səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz çoxdur.
Ən böyük turist axını isə Çindən qeydə alınıb. İlk rübdə Rusiyaya 154,2 mindən çox çinli turist səfər edib ki, bu da illik müqayisədə 44,4 faiz artım deməkdir.
Mütəxəssislər artımı əsasən 2025-ci il dekabrın 1-dən Çin vətəndaşları üçün tətbiq edilən vizasız giriş rejimi ilə əlaqələndirirlər.