
12 ton “KitKat” şokoladı ilə dolu yük maşını oğurlanıb
Fins.az - İsveçrənin Nestle şirkəti 12 ton, yəni 413 mindən çox KitKat şokoladının oğurlandığını açıqlayıb. Məhsullar İtaliyadakı zavoddan Polşaya daşınarkən yük maşını ilə birlikdə yoxa çıxıb.
Şirkət bildirib ki, oğurlanan şokoladlar qeyri-rəsmi şəkildə satışa çıxarıla bilər. Lakin onların mənşəyini izləmək mümkündür. Belə ki, hər məhsulun üzərində unikal ştrix-kod mövcuddur.
Bu ştrix-kod skan edildikdə, məhsulun oğurlanmış partiyaya aid olduğu dərhal müəyyən olunur və sistemdə istehsalçıya məlumat verilməsi ilə bağlı xəbərdarlıq çıxır.