
100-dən çox şirkət Claude Mythos 5 süni intellekt modelinə çıxış əldə edəcək
Fins.az - ABŞ hakimiyyəti Anthropic şirkətinə Claude Mythos 5 süni intellekt modelini məhdud sayda etibarlı tərəfdaşa təqdim etməyə icazə verib.
Məlumata görə, modelə çıxış 100-dən çox şirkət və təşkilata veriləcək. Onların arasında Fortune 500 siyahısına daxil olan bir sıra iri şirkətlər də var.
Bundan əvvəl ABŞ hakimiyyəti Anthropic-dən qabaqcıl süni intellekt modellərinə çıxışı müvəqqəti dayandırmağı tələb etmişdi. Buna səbəb həmin texnologiyalardan Çin, Rusiya və digər ölkələrin hərbi və kəşfiyyat qurumlarının istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar idi.